Dayanıqlı Tikinti Zirvəsi Sammiti 2025 uğurla həyata keçirildi
10 aprel 2025-ci il tarixində “PMD Projects” MMC-nin və“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirilib.
Zirvə bir bütöv günü əhatə etməklə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqlərindən, “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, PMO.az-ın dəstəyi ilə keçirilmiş vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfər rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.
“Green Public” startapının hə¬mtə¬sisçisi Tural Yusifovun moderatorluğu ilə keçirilmiş “Follow-up” adlı panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev olublar.
Paneldə şəhərsalma və inşaat sahəsində mövcud trendlər, dayanıqlı tikinti həlləri və layihə idarəçiliyinin əhəmiyyəti müzakirə olunub. Sözügedən sahədə yerli və beynəlxalq əməkdaşlığın inkişafı və innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov isə çıxışı zamanı vurğulayıb ki, müasir tikinti layihələri ekoloji tarazlığı qorumaqla yanaşı, uzunmüddətli sosial və iqtisadi fayda da təmin etməlidir.
“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov, “Huner Group”un təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunub. Həmçinin açıq və dərin müzakirələr zamanı aktual suallar cavablandırılıb və dayanıqlı tikintinin inkişafına dair yeni yanaşmalar təqdim edilib.
“The Builder’s Awards” təltifetmə mərasimində ölkəmizdə tikinti sektorunun inkişafına töhfə verən şirkətlər mükafatlandırılıb.