Keyfiyyət
Keyfiyyət
![](https://pmdprojects.az/themes/4/assets/img/example/subcontractor.png)
Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) Siyasəti
PMD Projects-də biz fəaliyyətimizin nəticəsində insanlara, ətraf mühitə zərərin gəlməməsini təmin etməyə çalışırıq.
Dəyərlərimiz və Öhdəliklərimiz
- Sağlamlıq, təhlükəsizlik və ətraf mühit üçün məsuliyyət PMD Projects-in əsas dəyərlərindəndir və gördüyümüz bütün işlərin ayrılmaz hissəsidir.
- Qəbul olunmuş standartlara və PMD Projects-in siyasətinə uyğunluq əməkdaşlarımız, podratçı və tərəfdaşlarımızın təhlükəsiz fəaliyyətinin zəmanətidir
- Şirkət daxilində məsuliyyət və liderlik vasitəsilə sağlamlıq, təhlükəsizlik və ətraf mühit məsələlərinə cavabdehliyimizi nümayiş etdiririk
- SƏTƏM performansını davamlı olaraq təkmilləşdirmək üçün sənayenin peşəkarları olan tərəfdaşlarımızla əməkdaşlığı gücləndiririk
Biz əməkdaşlarımızdan, podratçılarımızdan və tərəfdaşlarımızdan bu prinsipləri qəbul etməsini və yerinə yetirdikləri işin hər tərəfində əks etdirməsini gözləyirik.
Bu siyasət PMD Projects biznes strategiyasının tərkib hissəsidir. Şirkətimiz SƏTƏM siyasətinin tam şəkildə həyata keçirilməsinə sadiqdir.
Tikinti sahələrində SƏTƏM
Keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması (QHSE) prinsipləri hər hansı bir layihənin tikintisindən başlayaraq istismara verilməsinə qədər əhəmiyyət kəsb edir. Müştərilər, podratçılar, təchizatçılar və digər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində bu prinsiplərə riayət olunmalıdır.
PMD Projects-də biz tikinti sahələrimizdə SƏTƏM-ə çox ciddi yanaşır və aşağıdakı hədəflərə çatmağa çalışırıq:
- Sıfır insident
- Bizimlə çalışan tərəflər üçün təhlükəsiz və sağlam iş şəraitinin təminatı
- Təhlükəsiz, yüksək keyfiyyətli və ekoloji cəhətdən məsuliyyətli məhsul və xidmətlər
- Təbii ehtiyatlardan məsuliyyətli istifadə
SƏTƏM ilk gündən layihədə tətbiq olunmalı və layihə boyu davamlı olaraq izlənilməlidir. İnteqrasiya edilmiş İdarəetmə Sistemimiz SƏTƏM fəaliyyətlərimizi effektiv idarə etmək üçün geniş alətlər təqdim edir.
Bütün tikinti sahələrimizdə düzgün idarəetmənin, planlaşdırmanın, prosedurların və sistemlərin mövcud olmasını təmin etmək üçün biz hər bir layihənin planlaşdırma mərhələsində geniş spektrli SƏTƏM təcrübələrinin riayət edilməsinə diqqət yetiririk. Bunlara daxildir:
Müvafiq qanuni tələblərin və digər SƏTƏM aspektlərinin müəyyən edilməsi
- Layihəyə aid risklərin müəyyən edilməsi
- Layihəyə aid SƏTƏM konsepsiyalarının, proqramlarının və prosedurlarının hazırlanması (Linde standartlarına və layihəyə xas tələblərə əsaslanaraq)
- Podratçılarla layihəyə aid proqramların və prosedurların əlaqələndirilməsi
- Sahənin idarə edilməsinin planlaşdırılması (QHSE daxil olmaqla)
- Tikinti prosesini optimallaşdırmaq üçün tikinti qabiliyyətinin nəzərdən keçirilməsi
Tikinti başladıqdan sonra biz sahə və Layihə/Tikinti Menecerlərindən tutmuş fərdi nəzarətçilərə qədər aydın liderlik və hesabatlılıq xətlərini müəyyən edirik. Biz həmçinin performansımıza nəzarət etmək və bütün tikinti sahələrində SƏTƏM performansımızı izləmək üçün KPI-lar, müntəzəm baxışlar və auditlər vasitəsilə SƏTƏM ekspertləri təyin edirik.
Sertifikatlar və Mükafatlar
Əməliyyat imkanlarımızın, performansımızın, məhsul və xidmətlərimizin davamlı olaraq təkmilləşdirilməsi, müştəri ehtiyaclarının qarşılanması PMD Projects-də əsas prioritetdir. Bu prioritetlərə cavab vermək üçün beynəlxalq standartlara uyğunluğu təsdiq edən sertifikatların standrtlarına cavab veririk.
Məsələn: Keyfiyyətin idarə edilməsi üçün ISO 9001.
PMD Projects-də Keyfiyyət Təminatı
Keyfiyyət təminatı məhsul və ya xidmətlərin ardıcıl olaraq müştəri gözləntilərinə cavab verməsini və ya üstələməsini təmin edir. Aydın keyfiyyət hədəfləri təyin etmək, meyarları müəyyən etmək və nəzarət tədbirlərini həyata keçirməklə PMD Projects fəaliyyətinin yüksək keyfiyyətli, etibarlı və səmərəli olmasını təmin edir.
PMD Projects-də Keyfiyyətə Nəzarət
PMD Projects üçün keyfiyyətə nəzarətin idarə edilməsi prosedurlarının həyata keçirilməsində əsas məqsəd tikinti işlərinin həm şirkətin standartları, həm də müştəri standartlarına cavab verməsini təmin etməkdir. İstənilən keyfiyyətə nəzarət idarəetmə planının bəlkə də ən mühüm cəhəti düzəlişlər etmək və çatışmazlıqları aradan qaldırmaq üçün vaxt və vasitələr təqdim etməkdir.