Rəhbərliyimiz
Nəriman Topçibaşev Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr dərəcəsini alıb. O, həmçinin MBA dərəcəsinə malikdir. 2022-ci ildə Brno Texnologiya Universitetində mühəndislik üzrə ikinci magistr dərəcəsini əldə edib və Harvard Biznes Məktəbində Ümumi İdarəetmə Proqramını tamamlayıb. 15 ildən çox logistikada və tikinti sahəsində müxtəlif vəzifələrdə təcrübəyə malik olan Nəriman Topçibaşev tikinti layihələrinin idarəedilməsi, biznesin idarəedilməsi və təchizat sahələrində ixtisaslaşmışdır. O, 2021-ci ildən "PMD Projects" MMC-nin direktoru olaraq çalışır.
CEO-nun mesajı
"Mən inanıram ki, dayanıqlı tikinti mədəniyyətini inkişaf etdirmək niyyətimiz bizi sənayedə fərqləndirən amillərdəndir. PMD Projects-də müştərilərimizin tələblərinə cavab verməklə yanaşı davamlılığın ən yüksək standartlarına uyğun innovativ həllər təqdim etməyə sadiq qalırıq. Gənc istedadları kəşf etmək, dəstəkləmək, gələcək nəslin yetişdirilməsində dəstək göstərməklə sənayemizin inkişafını təmin etməyə çalışırıq.
Bizim diqqətimiz ani nəticə əldə etməyə deyil, uzunmüddətli və dayanıqlı infrastrukturlar yaratmağa yönəlib. Tərəfdaşlarımızla şəffaf və etibarlı əlaqələr vasitəsilə icmalarımıza müsbət təsir göstərən həllər təqdim edirik. Dəyərlərimizə əsaslanaraq hamı üçün daha parlaq və dayanıqlı bir gələcək formalaşdırmağı hədəfləyirik."
CEO-nun mesajı
"Mən inanıram ki, dayanıqlı tikinti mədəniyyətini inkişaf etdirmək niyyətimiz bizi sənayedə fərqləndirən amillərdəndir. PMD Projects-də müştərilərimizin tələblərinə cavab verməklə yanaşı davamlılığın ən yüksək standartlarına uyğun innovativ həllər təqdim etməyə sadiq qalırıq. Gənc istedadları kəşf etmək, dəstəkləmək, gələcək nəslin yetişdirilməsində dəstək göstərməklə sənayemizin inkişafını təmin etməyə çalışırıq.
Bizim diqqətimiz ani nəticə əldə etməyə deyil, uzunmüddətli və dayanıqlı infrastrukturlar yaratmağa yönəlib. Tərəfdaşlarımızla şəffaf və etibarlı əlaqələr vasitəsilə icmalarımıza müsbət təsir göstərən həllər təqdim edirik. Dəyərlərimizə əsaslanaraq hamı üçün daha parlaq və dayanıqlı bir gələcək formalaşdırmağı hədəfləyirik."
Nəriman Topçibaşev Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr dərəcəsini alıb. O, həmçinin MBA dərəcəsinə malikdir. 2022-ci ildə Brno Texnologiya Universitetində mühəndislik üzrə ikinci magistr dərəcəsini əldə edib və Harvard Biznes Məktəbində Ümumi İdarəetmə Proqramını tamamlayıb. 15 ildən çox logistikada və tikinti sahəsində müxtəlif vəzifələrdə təcrübəyə malik olan Nəriman Topçibaşev tikinti layihələrinin idarəedilməsi, biznesin idarəedilməsi və təchizat sahələrində ixtisaslaşmışdır. O, 2021-ci ildən "PMD Projects" MMC-nin direktoru olaraq çalışır.
Rəhbərliyimiz
Ali Altunışık
Ali Altunışık Türkiyənin Yıldız Texniki Universitetindən inşaat mühəndisliyi üzrə bakalavr dərəcəsini əldə edib. O, geniş tikinti funksiyalarını əhatə edən kommersiya layihələrində böyük təcrübəyə malikdir. Ali Altunışık yüksək FIDIC müqaviləsi çərçivəsində Niderland, İsrail, BƏƏ, Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Polşa, Almaniya və digər ölkələrdə qəliz layihələrin idarə olunmasında iştirak edib. O, 2022-ci ilidən şirkətimizdə işə başlayıb və 2023-cü ildən etibarən Əməliyyatlar üzrə Direktor vəzifəsini icra edir.
Samir Zeynalov
Samir Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, maliyyə və idarəetmə sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Samir Zeynalov uzun müddət Pasha Construction şirkətində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Maliyyə Direktoru kimi, fəaliyyət göstərib. Həmçinin, tikinti və əmlakın idarə olunması kimi müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli şirkətlərin maliyyə strategiyasının formalaşdırılması və dayanıqlı idarəetməsində aparıcı rol oynayıb. 2025-ci ildən etibarən şirkətimizin Maliyyə Direktoru vəzifəsini icra edir.Samir Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, maliyyə və idarəetmə sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Samir Zeynalov uzun müddət Pasha Construction şirkətində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Maliyyə Direktoru kimi, fəaliyyət göstərib. Həmçinin, tikinti və əmlakın idarə olunması kimi müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli şirkətlərin maliyyə strategiyasının formalaşdırılması və dayanıqlı idarəetməsində aparıcı rol oynayıb. 2025-ci ildən etibarən şirkətimizin Maliyyə Direktoru vəzifəsini icra edir.
Elnur Məmmədov
Elnur Məmmədov Azərbaycanın Turizm və Menecment Universitetindən bakalavr dərəcəsi alıb və daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsini əldə edib. O, müxtəlif sahələrdə Baş Maliyyə Mütəxəssisi, Baş Mühasib və Maliyyə rəhbəri vəzifələrində çalışıb. Elnur Məmmədov 2023-cü il ildən PMD Projects-də Maliyyə şöbəsinin müdiri olaraq çalışır.
Elgün Səfiyarov
Elgün Səfiyarov Azərbaycan Dövlət Neft Akademiyasını Fövqəladə Hallar və Həyat Təhlükəsizliyi Mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. O, müxtəlif şirkətlərdə SƏTƏM Meneceri və SƏTƏM Departamentinin rəhbəri vəzifələrində çalışıb. Elgün Səfiyarov 2016-cı ildə "PMD Group" MMC-də SƏTƏM Meneceri olaraq çalışmağa başlayıb, 2023-cü ildən etibarən PMD Projects-də SƏTƏM şöbəsinin müdiri olaraq çalışır.
Xəyal Seyidzadə
Xəyal Seyidzadə Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə bakalavr dərəcəsini tamamlayıb və daha sonra Ukraynada Taras Şevçenko Kiyev Dövlət Universitetində korporativ hüquq üzrə magistr dərəcəsini əldə edib. Eyni zamanda, o, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində əlavə təhsil alıb. Xəyal Seyidzadə peşəkar karyerasına hüquqşünas kimi başlayıb və müxtəlif şirkət və qurumlarda konsultant və baş konsultant vəzifələrində çalışıb. 2024-cü ildən etibarən o, PMD Projects-də Korporativ Dəstək şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Səbinə Əhmədova
Səbinə Əhmədova bir çox beynəlxalq və yerli şirkətlərdə Sənədlərə Nəzarət Mütəxəssisi və Sənədlərə Nəzarət Meneceri kimi müxtəlif vəzifələrdə çalışıb. O, ölkəmizdə Oracle Aconex-in rəsmi nümayəndəsidir. Səbinə Əhmədova 2020-ci ildən "PMD Projects" MMC-də çalışır və hazırda Sənədlərə Nəzarət və Katiblik şöbəsinin müdiri vəzifəsini icra edir.
Əməliyyatlar Komandamız
Vasif Yaqubov
Vasif Yaqubov Azərbaycan Texniki Universitetindən Standartlaşdırma və Mexanika Mühəndislyi üzrə bakalavr dərəcəsini alıb. Karyerası boyunca, o, Liderlik, Vaxtın İdarəedilməsi, SƏTƏMLiderliyi və "Revit" Əsasları sahələrində bir sıra təlim proqramlarına qatılıb və sertifikatlar əldə edib. Vasif Yaqubov karyerasına Mexanik Layihə Dizayneri kimi başlayıb və daha sonra MEP Meneceri kimi çalışıb. O, 2017-ci ildə "PMD Group" MMC-yə MEP Mühəndisi olaraq işə başlayıb və 2018-ci ildən etibarən "PMD Projects" MMC-də fəaliyyətini davam etdirir. Hazırda o, şirkətimizdə Baş Layihə Müdiri vəzifəsini icra edir.
Mert Murat İspirli
Mert Murat İspirli İstanbul Texniki Universitetinin Elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsini alıb. O, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Rumıniya və Tacikistan kimi müxtəlif ölkələrdə genişmiqyaslı tikinti, mehmanxana, və infrastruktur layihələrinin idarə edilməsində uğurlu karyera quraraq, 30 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Karyerası boyunca ENKA İnşaat, Rizzani de Eccher, Çalık Enerji, Energotech və Elite Service Stroy kimi aparıcı şirkətlərdə mühəndislik, MEP idarəçiliyi və layihə rəhbərliyi üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.
2025-ci ildən etibarən PMD Projects-də Baş Layihə Müdiri vəzifəsini tutan Mert İspirli, dərin texniki bilikləri və beynəlxalq mühitlərdə çoxşaxəli komandaları uğurla idarəetmə təcrübəsi ilə seçilir.
Pərviz Mehrəliyev
Pərviz Mehraliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində təhsil alıb və həmin fakültədən magistr dərəcəsi alıb. Pərviz Mehraliyev müxtəlif beynəlxalq və yerli tikinti şirkətlərində memar və tikinti meneceri kimi çalışıb. O, 2018-ci ildən PMD Projects-də çalışır, hazırda şirkətimizdə Layihə Müdiri vəzifəsini icra edir.
Səbuhi İmanov
Səbuhi İmanov Azərbaycan Dövlət Neft Akademiyasını "İqtisadiyyat və İstehsal Xidmətlərinin İdarəedilməsi" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. O, müxtəlif şirkətlərdə Sahə Mühəndisi, Tikinti İstehsalat Mühəndisi və Tikinti Meneceri vəzifələrində çalışıb. Səbauhi İmanpv 2019-cu ildə PMD Projects-də işə başlayıb və hazırda Layihə Müdiri vəzifəsində çalışır.
Eltac Gözəlov
Eltac Gözəlov Azərbaycan Memarlıq və İnşaat Universitetini "Sənaye və Mülki Tikinti" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. O, tikinti sahəsində bir neçə fərqli şirkətdə Sahə Meneceri və Sahə Mühəndisi kimi çalışıb. Eltac Gözəlov, "Certified Data Center Project Management (CDCPM®)" və "Accredited Tier Specialist (ATS)" kimi sertifikatlar əldə edib. O, 2019-cu ildən PMD Projects-də çalışır və hazırda Layihə Müdiri vəzifəsini icra edir.
Zaur Hüseynov
Zaur Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Elektrik və Elektromexanika ixtisası üzrə bakalavr və magistr dərəcələri əldə edib. Mühəndislik və layihə idarəçiliyi sahəsində 18 ildən artıq təcrübəyə malik olan Zaur Hüseynov böyükmiqyaslı tikinti və infrastruktur layihələrində işləyib. Karyerası boyunca o, URBN Limited (Gilan Holding) və Pasha Construction kimi aparıcı şirkətlərdə mühəndislik və idarəetmə vəzifələrini icra edərək mürəkkəb yaşayış, kommersiya və mehmanxana layihələrin həyata keçirilməsinə töhfə verib. 2020-ci ildən etibarən PMD Projects-də Baş Elektrik Mühəndisi və Tikinti Rəhbəri vəzifələrini icra edib, 2025-ci ilin avqust ayından isə fəaliyyətini Layihə Müdiri kimi davam etdirir.
Muxtar Həmidov
Muxtar Həmidov Bakı Dövlət Universitetində Tətbiqi Geodeziya ixtisası üzrə bakalavr dərəcəsinə və Azərbaycan Memarlıq və İnşaat Universitetində Mülki İnşaat üzrə Peşəkar İnkişaf sertifikatına malikdir. Tikinti və layihə idarəçiliyi sahəsində 20 ildən artıq təcrübəyə malik olan Muxtar bəy Azərbaycanda irimiqyaslı infrastruktur, kommersiya və hündürmərtəbəli tikinti layihələrinin icrasında geniş karyera qurub.
Karyerası boyunca Geo-Total, Riva Construction, Akkord Industry və Azəryolservis kimi aparıcı şirkətlərdə Baş Geodeziya Mühəndisi, Sahə Rəhbəri və Tikinti Rəhbəri kimi müxtəlif rəhbər və texniki vəzifələrdə işləyib. O, layihələrin başlanğıcından tamamlanmasına qədər proseslərin effektiv idarə olunması, sahə işlərinin koordinasiyası və keyfiyyətə nəzarət sahəsində güclü təcrübəyə malikdir.
Muxtar Həmidov 2019-ci ildən etibarən PMD Projects-də müxtəlif texniki və idarəetmə vəzifələrində işləyib, 2025-ci ilin avqust ayından etibarən isə Layihə Müdiri vəzifəsində fəaliyyət göstərir.
Elxan Həsənov
Elxan Həsənov Qafqaz Universitetinin Sənaye Mühəndisliyi fakültəsindən bakalavr və magistr dərəcəsi alıb. Hazırda Bakı Mühəndislik Universitetində doktorantura təhsilni davam etdirir. O, PMP və PMI-ACP kimi beynəlxalq sertifikatlar əldə edib. Peşəkar fəaliyyətindən əlavə, Bakı Mühəndislik Universitetində layihələrin idarəedilməsi üzrə dərslər keçir və təlimçi kimi fəaliyyət göstərir. 2018-ci ildən etibarən o, PMD Projects-də Planlaşdırma və Monitorinq şöbəsinin müdiri olaraq çalışır.
Kamran Kərimov
Kamran Kərimov Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsindən bakalavr dərəcəsi alıb. Hazırda York Universitetində magistr dərəcəsi üzrə təhsil alır. 2017-ci ildə PMD Projects-də Baş Memar olaraq işə başlayıb, daha sonra Dizayn Departamentinin rəhbəri vəzifəsini icra edib. 2023-cü ildə etibarən o, Texniki şöbənin müdiri vəzifəsinə başlayıb.