Nəriman Topçibaşev AzMİU-nun Məzunlar Assosasiyasının sədri seçilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində AzMİU Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.
Universiteti müxtəlif illərdə bitirən 300-ə yaxın məzunun iştirak etdiyi yığıncaqda ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yer alıb.

Tədbir çərçivəsində AzMiU Məzunlar Assosiasiyasının Əsasnaməsi qəbul edilib, Təftiş Komitəsinin və İdarə Heyətinin üzvləri seçilib. Təsis yığıncağı çərçivəsində həm də İdarə Heyətinin iclası keçirilib və iclasda AzMİU Məzunlar Assosiasiyasının sədri seçilib. Səsverməyə əsasən 60 minə yaxın məzunu olan AzMİU-nun Məzunlar Assosasiyasının sədri PMD Projects-in direktoru, AzMİU-nun məzunu Nəriman Topçibaşev seçilib. 

Assosiasianın yaradılması universitet, inşaat şirkətləri və məzunlar arasında əlaqələrin möhkəmlənməsi baxımından mühüm addımdır və yaradılan bu yeni körpünün inşaat sahəsində təhsil keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir.
 

Qalereya

Digər xəbərlər