İnsan Resursları

İnsan Resursları

İnsan kapitalı ən qiymətli sərvətimizdir. Uğurlarımızın arxasında yüksək ixtisaslı və peşəkar kadrlarımız dayanır. Çalışırıq ki, hər bir işçimizin potensialını tam qiymətləndirək, inkişafa daim açıq olan mühit yaradaq, karyera inkişaflarını dəstəkləyək.

Peşəkar İnkişaf

Biz inanırıq ki, davamlı inkişaf uğurlu karyeranın əsasıdır. Bu səbəbdən əməkdaşlarımıza müxtəlif təlimlər, seminarlar və sertifikatlaşdırma proqramları təklif edirik. Məqsədimiz komandamızın yeniliklərdən daim məlumatlı olması və inkişafları üçün təklif etdiyimiz imkanlardan düzgün istifadə etməsidir.

İşə Qəbul Prosesi

Dinamik, qabacıl  və innovativ şirkətdə karyera qurmaq istəyirsinizsə bizə qoşulmaq üçün müraciət edə bilərsiniz. Bizim işə qəbul prosesimiz şəffaf, obyektiv və ədalətlidir. Bizimlə işləmək istəyən namizədlər bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirilir və lazımi vəzifələrə yönləndirilir.

Müxtəliflik və Bərabərlik

Şirkətimizdə müxtəlifliyin və inklüzivliyin əhəmiyyətinə dərin hörmətlə yanaşırıq. İş mühitimizdə bərabər imkanlar yaratmaqla biz hər kəsə öz potensialını tam şəkildə reallaşdırmaq üçün şərait yaradırıq. Biz əməkdaşlarımızın bacarıqlarını və təcrübəsini qiymətləndiririk.

Mükafatlar və Loyallıq Proqramları

Şirkətimiz əməkdaşlarımızın zəhmətini və təşəbbüslərini yüksək qiymətləndirir. Komandamızın fəaliyyəti şirkətin ümumi uğuruna verdiyi töhfəyə görə dəyərləndirilir. Əməkdaşlarımız üçün xüsusi loyallıq proqramlarımız var. Bu proqramlar çərçivəsində əməkdaşlarımıza xüsusi mükafatlar və ya təlim imkanları təklif olunur.