PMD Projects Tərəfdaşlarının Dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 Laboratoriyasının Açılışı Baş Tutdu

15 yanvar tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsinin 4 laboratoriyasının açılışı keçirilib. PMD Projects-in tərəfdaşları UNICO, Avant Group, Bakelectro və AKOND 1 şirkətləri laboratoriyaları təmir edərək universitetin tələbələri üçün lazımi avadanlıqlar təmin ediblər. 

Bu layihə universitetin tələbələrinə daha müasir tədris şəraiti yaratmaq məqsədilə həyata keçirilib. 

PMD Projects tərəfdaşlarının Sosial Korporativ Məsuliyyət çərçivəsində həyata keçirdiyi bu layihəni alqışlayır. Bu təşəbbüs tələbələrin təhsil prosesini daha keyfiyyətli və effektiv hala gətirəcək, onların peşəkar bacarıqlarını artırmağa kömək edəcəkdir.

PMD Projects layihədə iştirak edən podratçılarına – UNICO, Avant Group, Bakelectro və AKOND 1 şirkətlərinə dərin təşəkkürünü bildirir və onların zəhmətlərini yüksək qiymətləndirir. Tərəfdaşlarımızın göstərdiyi bu cür korporativ sosial məsuliyyət fəaliyyətləri inşaat sahəsində kadrların yetişdirilməsinə böyük qatqıdır.

PMD Projects gələcəkdə də bu cür faydalı və cəmiyyətə dəyər qatan layihələri dəstəkləməyə davam edəcəkdir.
 

Qalereya