İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də PMD Group-un sifarişi ilə PMD Projects-in inşa etdiyi “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qalereya

Digər xəbərlər

Etibarlı subpodratçılar şəbəkəmizə qoşulun və uğurlu tərəfdaşlığa imza atın.
Subpodratçı ol