PMD Projects tələbələr üçün Scandens PI zavoduna sahə gəzintisini təşkil etdi

“PMD Projects” MMC-nin dəstəyi və Azərbaycan Mühəndislər İctimai Birliyinin təşəbbüsü ilə 24 dekabr tarixində müxtəlif universitetlərin tələbələri üçün "Scandens PI" əczaçılıq zavoduna sahə gəzintisi təşkil olunub. 

PMD Projects tərəfindən həyata keçirilən layihəyə ekskursiya zamanı tələbələrə həm sahə ilə tanışlıq, həm də əczaçılıq sənayesinin inkişafı barədə praktiki biliklər əldə etmək imkanı yaradıldı. Ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək, onları gələcəkdə iş dünyasında daha fəal iştirak etməyə hazırlamaqdır.

PMD Projects inşaat və tikinti sahəsində potensiallı, bacarıqlı kadrların müəyyən edilməsi, onların maarifləndirilməsi istiqamətində geniş fəaliyyətlər həyata keçirir.  Bu fəaliyyətlər gənc kadrların peşəkar bacarıqlarını inkişaf etdirmək, onları müasir sənaye tələblərinə uyğun hazırlamaq məqsədini güdür. 

Qeyd edək ki, Scandens PI, Azərbaycanda ilk əczaçılıq zavodu statusunu alacaq müəssisə olacaq. Zavod ilkin xammaldan başlayaraq, hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələlərini həyata keçirəcək. Bu müəssisə ölkədə yüksək keyfiyyətli dərman istehsalı sahəsində müasir texnologiyalarla təchiz olunmuş bir infrastrukturun yaradılmasına xidmət edəcək.
 

Qalereya