PMD Projects COP29-da stendlə təmsil olunur
![](https://pmdprojects.az/file/1417/main-news-image.jpeg)
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) qatılan “PMD Projects” MMC stend ilə çıxış edərək dayanıqlı tikinti və inşaat sahəsindəki təcrübələrini təqdim edir.
Sammit çərçivəsində PMD Projects-in əməkdaş və tərəfdaşları bu mövzu ətrafında bir sıra seminarlar keçirirlər. PMD Projects-in əməkdaşları şirkətin fəaliyyətində tətbiq olunan qabaqcıl təcrübələrdən, ətraf mühitə mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlərdən və nəzərdə tutulan təşəbbüslərdən ətraflı bəhs edirlər.
Şirkətin stendi tədbirin həm yerli, həm da əcnəbi qonaqları tərəfindən böyük maraqla qarşılanır. Qonaqlar PMD Projects-in rəhbər şəxsləri tərəfindən yaşıl enerji, dayanıqlılıq və digər mövzularda keçirilən sessiyalarda iştirak etmək imkanı əldə edirlər.