PMD Projects və AISA tərəfindən “Sustainable Construction Summit” adlı tədbir həyata keçirildi

 “PMD Projects” MMC və "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) tərəfindən 15 may 2024-cü il tarixində Fairmont Baku-da “Towards COP29” (COP29’a doğru) şüarı altında “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirilmişdir.

Tədbir zamanı PMD Projects MMC-nin direktoru Nəriman Topçibaşev nitqində ölkəmizin siyasətinə uyğun olaraq ekoloji cəhətdən təmiz materialların, dayanıqlı dizaynların və gələcəyi düşünən layihələrin çox olduğu bir gələcək arzusuna nail olunmasını arzuladığını qeyd etmişdir.

Panel müzakirələri çərçivəsində PMD Projects-in direktoru Nəriman Topçibaşev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Qarabağ Dirçəliş Fondunun rəisi Rəhman Hacıyev, Ağdam, Füzuli və Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Neqsol Holding-dən tikinti sənayesinin rəhbəri  İsrail Asəliyev, Hünər Group-un rəhbəri Ehtiram Quliyev, Farchitects şirkətinin rəhbəri Fərid Safquliyev, Aslı Mimarlık şirkətin rəhbəri Hüseyin Tonguç Özcan gələcək üçün nəzərdə tutulan inşaat metodları, mövcud problemlər və onlar üçün həll yolları, müasir və innovativ tikinti və memarlıq üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuları müzakirə etmişdirlər.

Qalereya