“PMD Projects” və “PAŞA Bank” “Təchizat zəncirinin maliyyələşdirilməsi” forumunu həyata keçiriblər

16 iyul tarixində “PMD Projects” və “PAŞA Bank” tərəfdaşlığı çərçivəsində “Təchizat zəncirinin maliyyələşdirilməsi” forumu baş tutub.

Tədbirdə tikinti və təmir sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ölkənin maliyyə seqmentinin təmsilçiləri, “PAŞA Bank”, “PMD Projects” rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.

Tədbir zamanı PMD Projects ilə əməkdaşlıq şərtləri, tender prosedurları, prosesdə bankların rolu müzakirə olundu, panel müzakirələri zamanı forum iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Qalereya