PMD Projects MMC Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub

PMD Projects Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə üzv olub. PMD Projects MMC-nin direktoru Nəriman Topçibaşev, şirkətin ətraf mühit, sosial və korporativ idarəetmə təcrübələrinə sadiqliyini təsdiq edən Niyyət Bəyannaməsini imzalayıb. Bu əlamətdar hadisə, ölkəmizdə davamlı inşaat mədəniyyətinin inkişafına dəstək verir.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla PMD Projects qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə və 2030 Gündəliyinə mənalı töhfə vermək məqsədi daşıyır. Bu təşəbbüsün ölkədə innovasiyaya əsaslanan infrastrukturun yaradılmasında və dayanıqlı tikinti təcrübəsinin gücləndirilməsində mühüm rol oynayacağı gözlənilir.

Qalereya