“Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalanıb
PMD Projects-in təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb.
Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai tikinti sahəsində dövlət və özəl sektorun nümayəndələri ilə görüşərək onları Azərbaycanda dayanıqlı yaşıl tikinti mərhələsinin təşviq olunmasına töhfə verməyə çağırıblar.
İmzalanan sənəd dekarbonizasiya hədəflərinin təşviqi, emissiyaların ölçülməsi və hesabatlılıq, eləcə də şəffaflıq və əməkdaşlığın təmin edilməsi, bilik və təcrübə mübadiləsi, iqlim fəaliyyətlərinin biznes modellərinə inteqrasiyası kimi müxtəlif öhdəliklər ətrafında kollektiv səylərə yönəlib.