Current Open Positions
Layihə müdiri
Bölmə
Layihə məkanıBakı, Azərbaycan
Minimum Years Experience10 il
Travel Involved
Vəzifə növü
Vəzifə təsnifatı
TəhsilMühəndislik ixtisası üzrə ali təhsil
Compensation
Vəzifə təsviri
- Tikinti layihələrini şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
- Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və tikinti xərclərini layihənin bütün həyat dövrü idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
- Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalma strategiyasını hazırlamaq, satınalmaları planlaşdırmaq, həyata keçirmək və nəzarət etmək;
- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
- Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Əsas vəzifə və məsuliyyətlər
Bacarıqlar
- Ali təhsil :Mühəndislik ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi : Tikinti layihələrin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
İş mühiti
Digər vakansiyalar
Keyfiyyət təminatı üzrə mühəndis
Region
27.02.2025
Planlaşdırma üzrə aparıcı mühəndis
Bakı, Azərbaycan
06.03.2025
Mexanika və elektrik üzrə rəhbər
Region
13.03.2025
Tikinti xərcləri üzrə aparıcı nəzarətçi
Bakı, Azərbaycan
30.03.2025
SƏTƏM üzrə mütəxəssis
Region
18.03.2025
Baş memar
Bakı, Azərbaycan
01.04.2025
Aparıcı maliyyə nəzarətçisi
Bakı, Azərbaycan
18.03.2025