Current Open Positions
Kiçik inşaat mühəndisi
Bölmə
Layihə məkanı
Minimum Years Experience1 il
Travel Involved
Vəzifə növüTam ştat
Vəzifə təsnifatı
Təhsilİnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil
Compensation
Vəzifə təsviri
- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
- Tikintinin başlanması üçün tələb olunan sənədlərin komplektliyini və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
- Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilində, hazırlıq işlərinin yerinə yetirilməsində dəstək olmaq;
- Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
- İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
- Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək dəstək olmaq;
- Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədlərin tərtib olunmasında dəstək olmaq;
- Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtib olunmasında dəstək olmaq;
- Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərinin araşdırılmasında və önləyici tədbirlərin görülməsində dəstək olmaq;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Əsas vəzifə və məsuliyyətlər
Bacarıqlar
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına dair biliklər;
- Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.