23.07.2026
İnsan Resursları üzrə Köməkçi
Layihə məkanı
Bakı
Vəzifə növü
Tam ştat
Təhsil
Ali təhsil
Vəzifə təsviri
- İşçilərin şəxsi məlumat bazalarının daim yenilənməsini və məlumatların düzgünlüyünün təmin edilməsində dəstək vermək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, sistemləşdirmək, saxlamaq və müvafiq dəyişikliklərin vaxtında şəxsi işlərdə əks etdirilməsini təmin etmək;
- İşçilərin şəxsi işləri üzrə sənədlərin tamlığını və düzgünlüyünü mütəmadi yoxlamaq;
- Əmək müqavilələri, əlavə razılaşmalar, əmrlər və digər kadr sənədlərinin hazırlanmasında iştirak etmək və sənədlərin əməkdaşlara imzalatdırılmasını təmin etmək;
- Əmək kitabçalarının qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun doldurulması və qeydiyyatını həyata keçirmək;
- Elektron Hökumət Portalında əmək münasibətləri ilə bağlı müvafiq bildirişlərin daxil edilməsini və məlumatların akntuallığının təmin edilməsini həyata keçirmək;
- Kadr sənədlərinin elektron və fiziki arxivinin düzgün aparılmasını və sənədlərin sistemləşdirilməsini təmin etmək;
- İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri (ünvan, telefon nömrəsi, bank məlumatları, ailə vəziyyəti və s.) vaxtında sistemlərdə və müvafiq sənədlərdə əks etdirmək.
- İşçilərin illik və digər məzuniyyətlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
- Məzuniyyət qalıqları və istifadə edilmiş məzuniyyətlər üzrə məlumatların yenilənməsində iştirak etmək;
- İşə qəbul, vəzifə dəyişikliyi, struktur bölmələr üzrə dəyişiklik, xitam və digər işçi hərəkətləri ilə bağlı sənədləşməyə inzibati dəstək göstərmək;
- İşçilərin şəxsi sənədləri və əmək münasibətləri ilə bağlı sorğularını qəbul etmək və aidiyyəti üzrə yönləndirmək.
- Ehtiyac yarandıqda vakansiyalar üzrə iş müsahibələrinin təşkilində və namizədlərlə əlaqələndirmədə iştirak etmək;
- İşə qəbul prosesində tələb olunan sənədlərin toplanması və yoxlanılmasına dəstək olmaq;
- Yeni işçilərin işə qəbul və onboarding prosesində zəruri sənədlərin və inzibati məsələlərin koordinasiyasında iştirak etmək;
- Namizədlərin məlumat bazasını mütəmadi yeniləmək və məlumatların sistemləşdirilməsini təmin etmək;
- Vakansiyalar və namizədlər üzrə hesabatların hazırlanmasına inzibati dəstək göstərmək.
Bacarıqlar
- Ali təhsil. Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- İnsan Resursları sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, 1C ;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi barədə məlumatlı olmaq;
- Elektron Hökumət Portalı və əmək münasibətləri üzrə elektron sistemlərlə işləmə təcrübəsi;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.





