PMD Projects-in Keyfiyyət Siyasəti
Layihələrin idarə edilməsində olan təcrübəmiz, səriştəmiz və təqdim etdiyimiz bütün məhsul və xidmətləri daim təkmilləşdirmə istiqamətindəki fəaliyyətimiz müştərilərimizə ədalətli qiymət və uyğun vaxt çərçivəsində keyfiyyətli məhsulun çatdırılmasını və keyfiyyətli xidmətin göstərilməsini təmin edir.
Hədəflərimiz
PMD Projects-in bu istiqamətdə ən mühüm hədəfi müştərilərimizin gözləntilərini öndə tutmaqla, bütün tələblərə uyğun olan məhsul və xidmətləri təqdim etmək, müştərilərin maraqlarını qoruyub saxlamaqdır.
Hədəflərə çatmaq üçün prinsiplərimiz
PMD Projects öz sektorunda lider olaraq qalmaq məqsədilə, maraqlı tərəflərin ehtiyac və gözləntilərini nəzərə almaqla, aşağıdakı prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:
- Tətbiq olunan qanunvericilik və hüquq normalarına uyğun olaraq, müvafiq yerli və beynəlxalq standartlara əsasən müştərilərin tələblərini yerinə yetirməklə layihələrin müştərilərə vaxtında təhvil verilməsi;
- Həll yönümlü xidmət göstərmək məqsədilə prosesə əsaslı yanaşmanın və risk əsaslı düşüncənin tətbiq edilməsinin təşviqi;
- Müştəri məmnuniyyətinin daimi izlənilməsi və artırılması;
- Nəticələrin ilk cəhddən əldə edilməsi;
- Keyfiyyət İdarəetmə Sisteminin daimi təkmilləşdirilməsi;
- “Keyfiyyət hər kəsin məsuliyyətidir” düşüncə və yanaşmasının təşviq edilməsi;
- Maraqların toqquşmasının qarşısını almaq prinsipini rəhbər tutaraq müştərilər və tədarükçülər ilə əlaqələrin idarə edilməsi;
- Rəqabət üstünlüyünün əldə edilməsi məqsədilə innovativ və müasir texnologiyaların tətbiqinin təşviqi.
PMD Projects-də Keyfiyyət Təminatı
Keyfiyyət təminatı məhsul və ya xidmətlərin ardıcıl olaraq müştəri gözləntilərinə cavab verməsini və ya üstələməsini təmin edir. Aydın keyfiyyət hədəfləri təyin etmək, meyarları müəyyən etmək və nəzarət tədbirlərini həyata keçirməklə PMD Projects fəaliyyətinin yüksək keyfiyyətli, etibarlı və səmərəli olmasını təmin edir.
PMD Projects-də Keyfiyyətə Nəzarət
PMD Projects üçün keyfiyyətə nəzarətin idarə edilməsi prosedurlarının əsas məqsəd tikinti işlərinin həm şirkətin standartları, həm də müştəri standartlarına cavab verməsini təmin etməkdir. İstənilən keyfiyyətə nəzarət idarəetmə planının ən mühüm cəhəti düzəlişlər etmək və çatışmazlıqları aradan qaldırmaq üçün vaxt və vasitələr təqdim etməkdir.
Sertifikatlarımız
- ISO 9001:2015 - Quality management systems
- ISO 14001:2015 - Environmental management systems
- ISO 45001:2018 - Occupational health and safety management systems
- AZS ISO 50001:2022 - Enerji menecment sistemləri
- AZS ISO 9001:2020 - Keyfiyyəti idarəetmə sistemləri
- AZS ISO 14001:2021 - Ətraf mühiti idarəetmə sistemləri
- AZS ISO 45001:2021 - Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi





