PMD Projects-də əməkdaşların iştirakı ilə Şahmat Turniri keçirilib. 19 dekabr tarixində təşkil olunan turnir iştirakçılara öz strategiya və məntiq bacarıqlarını sınamaq, eyni zamanda həmkarları ilə sağlam rəqabət şəraitində mübarizə aparmaq imkanı yaradıb.

İsveçrə sistemi üzrə keçirilən bir neçə tur ərzində iştirakçılar müxtəlif partiyalarda qarşılaşaraq növbəti mərhələlərə doğru irəliləyiblər. Gərgin və maraqlı oyunlarla davam edən turnirdə hər gediş növbəti nəticənin müəyyənləşməsində mühüm rol oynayıb.

Turnirin yekun nəticələrinə əsasən, Aydın Şərifov, Aparıcı maliyyə nəzarətçisi I yerə, Adil Vilayətzadə, Tikinti xərcləri üzrə baş nəzarətçi II yerə, Rəsul Məmmədov, Elektrik mühəndisi köməkçisi isə III yerə layiq görülüb.

Turnir əməkdaşların asudə vaxtını daha maraqlı keçirməsi, intellektual bacarıqlarını sınaması və həmkarları ilə fərqli formatda bir araya gəlməsi üçün növbəti imkanlardan biri olub.

 

Qalereya
Arrow prev
Arrow next