PMD Projects-in 8 illiyinə həsr olunmuş və 2026 FIFA Dünya Çempionatından ilhamlanan Yay Komanda Quruculuğu tədbirimiz “Build to Win” şüarı altında 2–3 iyul tarixlərində Basqal Resort & SPA-da keçirildi.

İki gün ərzində əməkdaşlarımız komanda quruculuğu oyunlarında iştirak etdi, birlikdə vaxt keçirdi və gündəlik iş mühitindən kənarda yeni xatirələr yaratdı. Proqram çərçivəsində keçirilən intellektual “Fibonacci” oyunu isə əməkdaşlara biliklərini və komandada işləmək bacarıqlarını sınamaq imkanı verdi. Oyunun nəticələrinə əsasən, ilk üç yeri tutan komandalar hədiyyələrlə mükafatlandırıldı, qalib komandaya isə xüsusi olaraq Dünya Kuboku təqdim olundu.

PMD Projects-in 8 illiyinə həsr olunan tədbirin axşam hissəsi şam yeməyi ilə daha rəsmi formatda keçirildi. Tədbir ərzində şirkətin 5 və 10 illik əməkdaşları, eləcə də təcrübə proqramının qalibləri mükafatlandırıldı. 8 illik fəaliyyətimizi əks etdirən xüsusi video təqdim olundu, müsabiqələr və lotereya ilə davam edən proqram canlı musiqi və əyləncə ilə tamamlandı.

Qalereya
Arrow prev
Arrow next