23.07.2026
Sumqayıt şəhərinin 6-cı mikrorayonunda, Sahil küçəsində yerləşən Xəzri Yaşayış Kompleksi 9 binadan ibarətdir və ümumi tikinti sahəsi 86,733 m²-dir. Kompleksdə 51 949 m² yaşayış sahəsi, 8 226 m² bina və tikililər, 10 498 m² parklanma sahəsi, 16 060 m² isə abadlaşdırılmış yaşıllıq ərazisini əhatə edir.
PMD Projects-in rəhbərliyi altında inşa olunan kompleks sakinlərinə alış-veriş və əyləncə mərkəzi, qapalı çimərlik sahəsi, restoran, uşaq bağçası, avtomobilsiz həyət konsepti, spa və fitness mərkəzi və digər imkanlar təklif edir.
Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunub.





