Layihənin növü
Layihənin növü
Turizm / Otelçilik
Məkan
Məkan
Qalaaltı
Sahə
Sahə
90,000 m2
Bitmə tarixi
Bitmə tarixi
2026

Qalaalti Hotel & Spa şəhərə yaxın məsafədə, təbii mühitdə və termal su mənbələri ilə zəngin ərazidə yerləşən hotel və sağlamlıq kompleksidir. 9 hektar ərazini əhatə edən layihəyə 172 otaqlı 9 mərtəbəli hotel binası, 3 villa və hər biri 3 mərtəbə və 12 otaqdan ibarət 4 Tree House daxildir. Kompleksdə, həmçinin əyləncə mərkəzi fəaliyyət göstərir.

PMD Projects layihə çərçivəsində ərazinin abadlaşdırılması, tibbi və sağlamlıq xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün rekonstruksiya işləri, eləcə də əsas binada təmir-tikinti işlərini həyata keçirir. Binaların memarlıq həllində müasir üslub və təbii materiallardan, o cümlədən Onex, qırmızı ağac, travertin, mərmər və qranitdən istifadə olunur. Layihə çərçivəsində günəş panellərinin quraşdırılması da nəzərdə tutulub.

Qalereya
Arrow prev
Arrow next