23.07.2026
İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq. Ənənəvi memarlıq elementlərindən ilhamlanan layihədə mis rəngli dam örtüyü, kaşı naxışları və təbii daş üzlüklərdən istifadə olunacaq. Eyni anda 615 nəfərin ibadət edə biləcəyi kompleks Cəbrayıl şəhərinin dini və ictimai həyatına töhfə verəcək mühüm məkanlardan biri olacaq.





