Bilgah Sunset Villas Bilgəh qəsəbəsində inşa edilən yaşayış layihəsidir. 57 403 m² ərazini əhatə edən layihədə müxtəlif tipli 36 villa, hər villa üçün hovuz və köməkçi tikililər, həmçinin uşaq oyun meydançaları, basketbol və tennis sahələri, daxili yollar və yaşıllaşdırma zonaları nəzərdə tutulub.
Layihənin ümumi tikinti sahəsi 24 364 m², yaşıllaşdırma sahəsi isə 12 858 m² təşkil edir. Villaların memarlıq həllində müasir Aralıq dənizi üslubundan istifadə olunur və fasadlarda təbii daş, keramoqranit, alüminium və şüşə sistemləri kimi materiallar tətbiq edilir. Layihə çərçivəsində torpaq, dəmir-beton, MEP, fasad, tamamlama, hovuz, infrastruktur və landşaft işləri həyata keçirilir.
Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunur.





