loading

LƏNKƏRAN İSTİSU VƏ SAĞLAMLIQ MƏRKƏZİ

Otelin yerləşdiyi Lənkəranın Haftoni kəndi Azərbaycanın cənub bölgəsinin ən gözəl yerlərindən biridir və buradakı müalicəvi bulaqlar 1958-ci ildən bəri istifadə edilir. Bu möhtəşəm 5 ulduzlu otel kompleksinin layihələndirilməsi, dizaynı və tikintisi tamamilə PMD Projects-in rəhbərliyi altında həyata keçirilmişdir. Otel kompleksi 182 qonaq otağı olan otel binasından, sağlamlıq mərkəzindən, qonaqlar üçün istisu mərkəzindən, uşaq bağçasından və ictimai istifadə üçün istisu mərkəzindən ibarətdir və ümumilikdə 11 hektar ərazini əhatə edir.