KORPORATİV SOSİAL MƏSULİYYƏT
Bizim Məsuliyyətlərimiz
PMD Projects cəmiyyət qarşısında məsuliyyətini başa düşür. Bu baxımdan, şirkətimiz öz fəaliyyəti ilə əlaqədar tərəflərin maraqlarını nəzərə almağa çalışır.
İqtisadiyyata Töhfə
Təcrübəli və səriştəli heyəti ilə sürətli yüksəliş yolu tutan PMD Projects müəllifi olduğu bütün layihələrlə Azərbaycanda gedən inkişaf proseslərinə öz töhfəsini verir. Azərbaycanda ümumi rifah halının yüksəldilməsi naminə Şirkət tərəfindən icra olunan infrastruktur və kənd təsərrüfatı layihələrinin düzgün idarəetməsinin vacib rolunu dərindən başa düşürük. Eləcə də, şirkətimiz təkcə öz biznes uğurları barədə düşünmür, tərəfdaşları, müştəriləri və digər maraqlı tərəfləri də dəyər zəncirinin mühüm üzvləri hesab edir.
Təhlükəsizlik
PMD Projects üçün işçilərin işgüzar təhlükəsizliyi çox önəmlidir. Şirkətin SƏTƏM şöbəsi mütəmadi olaraq cari layihələrin bütün qaydalara və standartlara uyğunluğunu monitorinq edir və sənədləşdirir.
Sağlamlıq
Sağlam işçi qüvvəsi şirkət üçün dəyərli resursdur. Sağlamlıq siyasətimiz işdə fiziki, zehni və sosial şəraitin davamlı optimallaşdırılması məqsədi daşıyır. Nəticədə, bütün işçilərimiz üçün iş-həyat balansının qorunması bizim əsas qayğımızdır.
İnsanlar
PMD Projects üçün insan hüquqları və bərabərlik kimi fundamental sosial prinsiplərin qorunması mənəvi etikadır. Bərabər şərtlər çərçivəsində işləmək bizim üçün prioritetdir.
Ətraf mühit
Biz ətraf mühit və təbiətin qorunmasına dair hüquqi və ümumi qaydalara ciddi riayət edirik. Ofislərdəki işimizin ətraf mühitə təsiri ümumiyyətlə sıfıra bərabərdir. Tikinti sahələrində bizim əsas prinsiplərimiz ekosistemin, bioloji müxtəlifliyin və ümumiyyətlə təbiətin qorunmasıdır. Üstəlik, bizim memarlar, dizaynerlər insanların ətraf mühitə təsir edə biləcəyini anlayır, buna görə də dünyanın qorunması fəlsəfəsini bütün layihələrimizdə nəzərə alırıq.