loading
_

Keyfiyyət Siyasəti

_

“PMD Projects” MMC-nin Keyfiyyət Siyasəti

Layihələrin idarə edilməsində olan təcrübəmiz, səriştəmiz və təqdim etdiyimiz bütün məhsul və xidmətləri daimi təkmilləşdirmə istiqamətindəki fəaliyyətimiz müştərilərimizə ədalətli qiymət və uyğun vaxt çərçivəsində keyfiyyətli məhsulun çatdırılmasını və keyfiyyətli xidmətin göstərilməsini təmin edir.

_

 Hədəflərimiz

“PMD Projects” MMC-nin bu istiqamətdə ən mühüm hədəfi müştərilərimizin gözləntilərini öndə tutmaqla, bütün tələblərə uyğun olan məhsul və xidmətləri təqdim etmək, müştərilərin maraqlarını qoruyub saxlamaq öhdəliyimizdir.

_

Hədəflərə çatmaq üçün prinsiplər

“PMD Projects” MMC öz sektorunda lider olmaq məqsədilə, maraqlı tərəflərin ehtiyac və gözləntilərini nəzərə almaqla, aşağıdakı prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:

  • Tətbiq olunan qanunvericilik və hüquq normalarına uyğun olaraq, müvafiq yerli və beynəlxalq standartlara əsasən müştərilərin tələblərini yerinə yetirməklə layihələrin müştərilərə vaxtında təhvil verilməsi;
  • Həll yönümlü xidmət göstərmək məqsədilə proses əsaslı yanaşmanın və risk əsaslı düşüncənin tətbiq edilməsinin təşviqi;
  • Müştəri məmnuniyyətinin daimi izlənilməsi və artırılması;
  • Nəticələrin ilk cəhddən əldə edilməsi;
  • Keyfiyyəti İdarəetmə Sisteminin daimi təkmilləşdirməsi;
  • “Keyfiyyət hər kəsin məsuliyyətidir” düşüncə və yanaşmasının təşviq edilməsi;
  • Maraqların toqquşmasının qarşısını almaq prinsipini rəhbər tutaraq müştərilər və tədarükçülər ilə əlaqələrin idarə edilməsi;
  • Rəqabət üstünlüyünün əldə edilməsi məqsədilə innovativ və müasir texnologiyaların tətbiqinin təşviqi;