loading

XƏZRİ YAŞAYIŞ KOMPLEKSİ

Bu yaşayış kompleksi Sumqayıt şəhərinin ən nüfuzlu ünvanında, dənizkənarı bulvar boyu davam edən Səməd Vurğun küçəsində yerləşir.

Burada ümumi tikinti sahəsi 86,800 kvadrat metrdir. Yaşayış kompleksi 9 binadan ibarətdir: bunlardan ikisi 12 mərtəbəli, dördü 7 mərtəbəli, üçü isə 5 mərtəbəli binalardır. Sumqayıt şəhərinin sakinləri üçün 446 yeni mənzil doğma evə çevriləcəkdir.