PMD Projects əməkdaşları “ADA” Universitetində keçirilən karyera sərgisində və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Karyera Həftəsi” çərçivəsində təşkil olunan VII Karyera Sərgisində iştirak ediblər.
Sərgilər çərçivəsində həmkarlarımız tikinti, mühəndislik və layihələrin idarə olunması sahələrinə maraq göstərən tələbə və məzunlarla görüşərək PMD Projects-in fəaliyyət istiqamətləri, davam edən layihələri və tikinti sektorunun xüsusiyyətləri barədə məlumat veriblər. Eyni zamanda, iştirakçılarla gələcək karyera imkanları və sahədə onları gözləyən iş mühiti barədə praktik və sahəyə yönəlik müzakirələr aparılıb.
Bu görüşlər tələbə və məzunların real iş mühiti və tikinti sektorunun tələbləri ilə daha yaxından tanış olmalarına, PMD Projects nümayəndələrinin isə gənclərin karyera gözləntiləri və inkişaf istiqamətləri haqqında daha çox məlumat əldə etmələrinə imkan yaradıb.
AzMİU-da keçirilən sərgi zamanı universitetin rektoru Gülçöhrə Məmmədova da PMD Projects-in stendini ziyarət edərək təqdim olunan materiallar və yanaşma ilə tanış olub.





