PMD Projects-in 2025-ci ilin sonuna həsr olunmuş Yeni il tədbiri 26 dekabr tarixində keçirilib. Tədbir il ərzində əldə olunan nəticələrə nəzər salmaq, əlamətdar məqamları qeyd etmək və əməkdaşları bir araya gətirmək məqsədi daşıyıb.
Tədbirin rəsmi hissəsi şirkətin direktoru Nəriman Topçibaşevin çıxışı ilə başlayıb. Daha sonra 2025-ci il ərzində baş verən əsas hadisələri və şirkət həyatından yadda qalan anları əks etdirən xüsusi video nümayiş olunub. 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə müharibə iştirakçılarının mükafatlandırılması mərasimi də təşkil olunub.
Rəsmi hissədən sonra gecə daha əyləncəli formatda davam edib. Əməkdaşlar “Şəkildəki əməkdaşı tapın”, “İlin ən istedadlı əməkdaşı” və “Mahnını tap” kimi müsabiqələrdə iştirak edərək həm bacarıqlarını sınayıb, həm də həmkarları ilə birlikdə vaxt keçiriblər. Canlı musiqi çıxışları, lotereya və DJ proqramı gecənin əyləncəli atmosferini tamamlayıb.
Yeni il tədbiri 2025-ci ilin yekunlarını qeyd etmək, həmkarlarla qeyri-rəsmi mühitdə vaxt keçirmək və ili xoş xatirələrlə başa vurmaq üçün bir fürsət yaradıb.





