Layihənin növü
Layihənin növü
İctimai / Sosial
Məkan
Məkan
Bakı
Sahə
Sahə
92,350 m2
Bitmə tarixi
Bitmə tarixi
2024

Zəfər Parkı Dənizkənarı Milli Park ərazisində inşa olunaraq Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr edilmişdir. Park doqquz hektardan çox ərazini əhatə edir və müasir konsepsiya əsasında yaradılmışdır.

Zəfər Parkının girişində Zəfər Tağı ucaldılmışdır ki, bu da zəfər yolunu simvolizə edir. Bu konstruksiya 44 sütundan ibarətdir və ən hündür sütunun hündürlüyü 44 metrə çatır. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini təcəssüm edən yaşıllıq salınıb. Park ərazisində həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası həyata keçirilib. 

Qalereya
Arrow prev
Arrow next