23.07.2026
Bakının 8 Noyabr prospektində yerləşən bu memorial kompleks Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin irsinin qorunmasına həsr olunub.
Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Layihə səkkiz sərgi zalı, kitabxana, auditoriya, kafeteriya, həmçinin tam daxili tamamlama işləri aparılmış texniki və inzibati sahələri əhatə edir. Kompleks çərçivəsində funksional zonalaşdırma, sərgi məkanlarının qurulması və müasir mühəndis sistemlərinin quraşdırılması həyata keçirilib.





