23.07.2026
Təzə Bazar layihəsi Bakının tarixi bazar ənənəsini müasir yanaşma ilə yenidən şəhər həyatına qazandırmağı hədəfləyir. Nəsimi rayonunda yerləşən 5 mərtəbəli kompleks ticarət, qastronomiya və ictimai məkanı bir araya gətirərək şəhər sakinləri və qonaqlar üçün yeni görüş nöqtəsinə çevriləcək. Şərq memarlığı üslubunda layihələndirilən kompleksdə geniş yaşıllıq sahələri də nəzərdə tutulub. PMD Projects layihə çərçivəsində dəmir-beton işlərini həyata keçirir.
Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunur.





