23.07.2026
Layihə çərçivəsində binanın mövcud konstruksiyası və fasadı bərpa edilmiş, eyni zamanda ümumi sahəsi 27 110 m² olan 20 mərtəbədə daxili təmir və fit-out işləri həyata keçirilmişdir. Görülən işlər çərçivəsində məkanlar istifadəyə tam hazır funksional interyerlərə çevrilmişdir. Layihə müasir tikinti standartlarına uyğun şəkildə icra olunmuş, binanın bütün mərtəbələrində keyfiyyət, səmərəlilik və detallara yüksək diqqət təmin edilmişdir.
Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunub.





