Layihənin növü
Layihənin növü
Turizm / Otelçilik
Məkan
Məkan
Qəbələ
Sahə
Sahə
16,800 m2
Bitmə tarixi
Bitmə tarixi
2025

Qəbələ Karvansaray Otelində PMD Projects tərəfindən otel infrastrukturunun müasir tələblərə cavab verəcək şəkildə yenilənməsi məqsədilə əsaslı təmir işləri həyata keçirilmişdir. Layihə çərçivəsində qonaq məmnuniyyətinin artırılması və obyektin istismar müddətinin uzadılması prioritet olaraq müəyyənləşdirilmişdir.

Təmir işlərinə otelin ümumi interyer və eksteryerinin yenilənməsi, elektrik, su, havalandırma və digər mühüm kommunikasiya xətlərinin təkmilləşdirilməsi daxil olmuşdur. Eyni zamanda, otaqlar funksional və estetik baxımdan müasir standartlara uyğunlaşdırılmışdır.

Görülən işlər yalnız fiziki yenilənmə ilə məhdudlaşmır, həm də xidmət keyfiyyətinin yüksəldilməsi və otelin rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. 4 mərtəbədən ibarət otel ümumilikdə 159 otaqdan ibarətdir.

Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunub.

Qalereya
Arrow prev
Arrow next