28.11.2025
Bakı şəhərinin Türkan yaşayış məntəqəsində tikilən, müasir standartlara və tələblərə cavab verən Badam Emalı Zavodunda tikinti və quraşdırma işləri PMD Projects tərəfindən həyata keçirilib. Zavodun tikintisinin və fəaliyyətinin məqsədi yerli bazarda badama olan tələbatı tam ödəmək və növbəti mərhələdə badamdan müxtəlif məhsullar istehsal edib ixrac etməkdir. Tikinti sahəsi 6,404 m²-dir.





