Layihənin növü
Layihənin növü
Kommersiya
Məkan
Məkan
Ələt
Sahə
Sahə
1,050 m2
Bitmə tarixi
Bitmə tarixi
2023

AFEZ X-RAY layihəsi PMD Projects tərəfindən icra olunan strateji layihələrdən biridir. Bu layihə çərçivəsində Ələt Azad İqtisadi Zonası ərazisinə daxil olan nəqliyyat vasitələrinin təhlükəsiz və operativ yoxlanılmasını təmin etmək məqsədilə iki gömrük yoxlama məntəqəsi inşa edilmişdi. 500 m² sahəli birinci məntəqə müasir rentgen (X-ray) skaneri vasitəsilə nəqliyyat vasitələrinin sürətli və dəqiq şəkildə yoxlanılmasını təmin edir. Əlavə yoxlamaya ehtiyac olduqda isə nəqliyyat vasitəsi 550 m² sahəsi olan ikinci məntəqəyə yönləndirilir və burada ətraflı manual baxış keçirilir. Bu məntəqələr Ələt Azad İqtisadi Zonasında gömrük yoxlamalarının təşkili üçün zəruri infrastruktur rolunu oynayır.

Qalereya
Arrow prev
Arrow next