SCANDENS PI
LAYİHƏNİN NÖVÜ
Sənaye / İstehsalat
MƏKAN
Bakı
SAHƏ
25,308 m²
BİTMƏ TARİXİ
2024
Scandens PI əczaçılıq zavodu Azərbaycanda dərman preparatlarının istehsalı üzrə fəaliyyət göstərəcək ilk sənaye müəssisəsi olaraq inşa edilmişdir.
Zavodun ümumi sahəsi 25,308 m² təşkil edir. Üç mərtəbədən ibarət olan bu müəssisə istehsal proseslərinin yüksək standartlara uyğun həyata keçirilməsi üçün müasir infrastruktur və texnologiyalarla təchiz edilmişdir. Müəssisə istehsalın effektivliyini artırmaq və işçilərin komfortlu şəraitdə fəaliyyət göstərməsini təmin etmək üçün də lazımi şərait təqdim edir. İstehsalatın bütün mərhələləri üçün xüsusi olaraq ofis sahəsi, laboratoriyalar, texniki zonalar və istehsal sahəsi ayrılmış, hər bir sahənin funksional tələbləri qarşılanmışdır.
Bundan əlavə, zavodda istehsal proseslərində yaranan çirkab suların idarə olunması və təmizlənməsi üçün müasir ETP (Effluent Treatment Plant) və STP (Sewage Treatment Plant) texnologiyalarına əsaslanan tam təchiz olunmuş sistemlər quraşdırılmışdır. Bu sistemlər zavodun fəaliyyətindən yaranan çirkab suların ekoloji standartlara uyğun utilizasiya edilməsini təmin edir. Nəticədə, ətraf mühitə olan mənfi təsir minimuma endirilir, su resurslarının səmərəli istifadəsi təmin olunur və zavodun ekoloji cəhətdən dayanıqlı fəaliyyətinə nail olunur.