RAMADA HOTEL
LAYİHƏNİN NÖVÜ
Turizm və Otelçilik
MƏKAN
Gəncə
SAHƏ
13,500 m²
BİTMƏ TARİXİ
2025
Gəncə şəhərində yerləşən 13.500 m² sahəyə malik Ramada Plaza otelində aparılan yenidənqurma və təmir işləri otelin beynəlxalq standartlara uyğunlaşdırılması, qonaqlara daha komfortlu və təhlükəsiz şəraitin yaradılması üçün həyata keçirilmişdir.
Kompleksə 10 mərtəbəli əsas bina, 169 otaq, 6 kottec, restoran və konfrans zalları, idman və əyləncə sahələri, həmçinin açıq və qapalı avtodayanacaqlar daxildir. Layihədə müasir memarlıq üslubu tətbiq olunmuş, interyer dizaynında isə mövcud materialların adaptasiyası ilə klassik üslub qorunmuşdur.
Bu dəyişikliklər qonaqların məmnuniyyətini artırmaqla yanaşı, otelin bazardakı rəqabət qabiliyyətini möhkəmləndirmiş, turizm və qonaqpərvərlik sektorunda uzunmüddətli dayanıqlı fəaliyyətinə şərait yaratmışdır.
Layihə PMD Group-un sifarişi ilə PMD Projects tərəfindən icra olunub.