LANKARAN SPRINGS AND WELLNESS RESORT
LAYİHƏNİN NÖVÜ
Turizm və Otelçilik
MƏKAN
Lənkaran
SAHƏ
31025 m²
BİTMƏ TARİXİ
2019
Lankaran Springs Wellness Resort Respublikamızın cənub zonasında, paytaxtımızdan 250 km məsafədə, Lənkəran şəhərinin Haftoni qəsəbəsində yerləşən yeni, beş ulduzlu otel və eyni zamanda sağlamlıq sanatoriyasıdır. Tarixən Haftoni kəndi Azərbaycanın cənub bölgəsinin əlamətdar yerlərindən biridir və buradakı müalicəvi bulaqlar 1958-ci ildən insanlara xidmət etmişdir. Bu möhtəşəm 5 ulduzlu otel kompleksinin dizaynı və tikintisi PMD Projects tərəfdən həyata keçirilmişdir. Kompleks 11 hektar ərazini əhatə edən otel binası (182 otaq), sağlamlıq mərkəzi, iki sağlamlıq binası və uşaq bağçasından ibarətdir. Əsaslı təmir və müasir tələblərə cavab verən yenidənqurma işlərindən sonra sanatoriya, otelin xüsusi bir kompleksini təşkil edir.