KAPITAL BANK (PORT BAKU 2)
LAYİHƏNİN NÖVÜ
Kommersiya
MƏKAN
Bakı
SAHƏ
32,000 m²
BİTMƏ TARİXİ
2025
Neftçilər prospekti 153 ünvanında yerləşən Port Baku 2 Şimal Qülləsində Kapital Bank-a məxsus olan ofislərin bir məkanda cəmləşdirilməsi məqsədilə PMD Projects tərəfindən genişmiqyaslı təmir işləri həyata keçirilir.
Layihə çərçivəsində ümumilikdə 23 mərtəbədə yerləşən, 32,000 m² sahəni əhatə edən daxili bəzək və tamamlama işləri müasir memarlıq tələblərinə uyğun olaraq icra olunur. Ofis məkanlarında funksionallıq və estetik baxımdan optimal balansı qoruyaraq əməkdaşlar üçün rahat və ilhamverici iş mühiti yaradılır.