ƏMƏKDAŞLIQ
Satınalma hər hansı işin icrası ilə bağlı mal və xidmətlərin satın alınmasını bazardan tələb etmək üçün hazırlanmış strukturlu bir prosedurdur. Bir satınalma prosedurunun məqsədi:
- mümkün bazar iştirakçılarının cəlb olunmasını təmin etmək;
- təklif olunan satınalmanın şəffaflığını qorumaq;
- lazım olan keyfiyyətdə xidmət və işləri mümkün olan ən yaxşı qiymətə əldə etməkdir.
Satınalmalarda necə iştirak etmək olar?
Hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi və s. üzrə PMD Projects yerli bazarın ixtisaslı şirkətlərini gələcək əməkdaşlığa dəvət edir.
Bununla bağlı şirkətlər, PMD Projects-in satınalmalar departamentinin e-mail ünvanına (procurement@pmdprojects.az) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, +994 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər.