loading
_

İDARƏETMƏ

Layihənin effektiv idarə olunması uğurun əsasını təşkil edir. Buna görə də tikinti layihələrinin idarə olunması mərhələsində komanda həmin layihənin tələblərinə cavab vermək üçün bütün zəruri bilikləri, bacarıqları, alətləri və texnikaları tətbiq etməyə çalışır.

Tikinti layihələrinin idarə olunmasında 5 əsas mərhələ həyata keçirilir:

  • Layihənin konsepsiyası və başlanğıc mərhələsində layihənin tələb olunan vaxt çərçivəsində həyata keçirilməsinin mümkün olub-olmaması və ümumiyyətlə layihənin düzgünlüyü yoxlanılır;
  • Layihənin planlaşdırılması mərhələsində büdcə müəyyənləşdirilir, hansı resurslara ehtiyac olduğu dəqiqləşdirilir;
  • Layihənin başlanması və ya icra mərhələsində layihə həyata keçirilir;
  • Layihənin icrasına nəzarət mərhələsində layihənin faktiki icra vəziyyəti planla müqayisə edilir;
  • Layihənin bağlanma mərhələsində bütün işlər yerinə yetirilir və müştəriyə təhvil verilir.
manage